"Tramp Yolu"nda gömrük xidməti mövcud olacaq və Ermənistan Aİİ üzvü olduğundan ittifaqın bütün hüquq sistemi tətbiq olunacaq.
"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan mətbuat konfransında bildirib.
O qeyd edib ki, ABŞ ilə əməkdaşlıq çərçivəsində bütün quru keçid məntəqələrində rentgen aparatlarının ağıllı monitorinqini təmin edəcək bir mərkəz yaradılacaq:
"Yəni yük müvafiq rentgen aparatından keçəcək və bu sistem onu ya analitikin, ya da süni intellekt vasitəsilə təhlil edəcək və müayinə üçün obyektlər seçəcək. Bütün bu prosesin nəticəsində insanlarla təmas tədricən azalacaq".
Telegram kanalımız