AZ

Pensiya artımları belə hesablanacaq

Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı.

Publika.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşımında bildirib.

Qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə ortaaylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır.

"Artımın hesablanması formulu belədir: Pensiya məbləği X İndeksasiya faizi = Artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaş üçün artım faizi belə hesablanacaq: 550 manat X 9.3% = 51.15 manat. Yəni vətəndaşın pensiya məbləği artımdan sonra 601.15 manat olacaq. Digər misal, 400 manat pensiya alan vətəndaş üçün artım belə hesablanır: 400 manat X 9.3% = 37.2 manat. Bu halda yeni pensiya məbləği 437.2 manat olacaq. Yəni məbləğindən asılı olmayaraq, hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq", - deyə deputat əyani misallarla pensiya artımını göstərib.

Seçilən
16
22
publika.az

10Mənbələr