AZ

Nərimanov rayonunda şəhid övladının doğum günü qeyd olunub

ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.

YAP Nərimanov rayon təşkilatı tərəfindən Vətən müharibəsi şəhidi Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Qərib Baxşəliyevin qızı Məryəm Baxşəliyevanın doğum günü münasibətilə şəhidin ailəsi ziyarət olunub.

YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidi Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Qərib Baxşəliyevin 12 yaşını qeyd edən qızı Məryəm Baxşəliyevanı doğum günü münasibətilə təbrik edib, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər. A.Abbasov Prezident İlham Əliyevin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs edib, şəhid Qərib Baxşəliyevin qəhərəmanlığından danışıb və Azərbaycan xalqının bütün şəhidlərimizlə fəxr etdiyini söyləyib.

Bildirilib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Nərimanov rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanlar lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.

Məryəm Baxşəliyevaya YAP Nərimanov rayon təşkilatı adından hədiyyə təqdim olunub və ona gələcək həyatında uğurlar arzulanıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
yeniazerbaycan.com

1Mənbələr