AZ

Sərxan Rəqsanədən danışdı: “Ondan da pis günə qalsın”

Müğənni Sərxan Kərəmoğlu “Tarixin bir günü” verilişində Rəqsanə İsmayılova ilə didişməsindən danışıb.

"Cebheinfo.az" xəbər verir ki, ifaçı həmkarını ona şər atmaqda və haqqına tapdalamaqda ittihamlayıb:

“Mən Aysun haqqında demişdim ki, anası ölə, gəbərə yenə də inanmaram, amma o qızın ailə qurub xoşbəxt olmaq istədiyinə inanıram. Rəqsanə də qızını kənara itələyib, özünü qabağa verdi ki, mənə niyə inanmırsan? Bir də demişəm ki, evləndiyi bəyin atasını da, özünü də tanıyıram və o bəyə güvənmirəm. Yenə çıxıb efirdə mənə şərt atdı ki, Sərxan deyib, qızımın toyu saxtadır. Elə bir insana bugünki arzum odur ki, ondan da pis günə qalsın! Mənim haqqımı tapdaladı və şər atdı”.

Xatırladaq ki, ikilinin didişməsinə səbəb Rəqsanənin iddiasına görə Sərxan Kərəmoğlunun Aysunun toyunun saxta olduğunu deməsi olub.

"Cebheinfo.az"

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr