AZ

Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım

Marja.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2025-ci ildə "Carlsberg Azerbaijan" məhsullarının Gürcüstana ixrac həcmi isə yüksək artım tempi nümayiş etdirib və 2024-cü illə müqayisədə 70% artıb.

Bu barədə Marja.az "Carlsberg Azerbaijan" şirkətinə istinadən xəbər verir. 

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qeyd edilib ki, Şirkət 2025-ci il ərzində ölkə iqtisadiyyatına verdiyi töhfəni daha da artırıb. "Carlsberg Azerbaijan" ötən il dövlət büdcəsinə ümumilikdə 38,7 milyon manatdan artıq vergi və rüsüm ödənişi həyata keçirib.

Bir sıra xarici və bazar amillərinin təsirinə baxmayaraq, Şirkət 2025-ci ildə müsbət inkişaf dinamikası nümayiş etdirmiş və satış həcmlərini 2024-cü illə müqayisədə 2,4% artıb.

Müasir ticarət kanalında (pərakəndə satış şəbəkələri) satışlar bazarda mövqelərin gücləndirilməsi, kommersiya proseslərinin standartlaşdırılması və milli pərakəndə satış şəbəkələri ilə tərəfdaşlıq təşəbbüslərinin inkişafı nəticəsində 11,1% artıb. HоReCa kanalında (otel, restoran və kafelər) satış həcmləri premium brendlər portfelinin genişləndirilməsi, satış fəaliyyətinin intensivləşdirilməsi və "Xırdalan" brendinin bazar mövqeyinin gücləndirilməsi hesabına 4,6% artıb. DIOT kanalında (pərakəndə satış məntəqələrində çəllək pivəsi) satışlar aktiv müştəri bazasının genişlənməsi nəticəsində 2024-cü illə müqayisədə 45,2% artıb. Eyni zamanda, ənənəvi ticarət kanalında (kiçik pərakəndə satış məntəqələri) satış həcmləri ötən illə müqayisədə 7,2% azalıb ki, bu da istehlakçı davranışının daha müasir satış formatlarına yönəlməsi və bazarda struktur dəyişiklikləri ilə əlaqələndirilir.

Həmçinin oxu

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
marja.az

2Mənbələr