“Roketsan” şirkəti yeni EREN yüksək sürətli çoxməqsədli süzən sursatını ilk dəfə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən WDS-2026 sərgisində təqdim edib.
“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyə müdafiə sənayesinin aparıcı sursat və raket sistemləri istehsalçısı olan “Roketsan”, WDS-2026 sərgisində geniş məhsul çeşidi ilə iştirak edir.
“Roketsan” sərgidə MAM-C, MAM-L və MAM-T mini ağıllı sursatlarını, İHA-230 “hava-yer” raketini, KARAOK qısa mənzilli tank əleyhinə raket kompleksini , OMTAS orta mənzilli tank əleyhinə raket sistemini, ÇAKIR qanadlı raketini, SOM raketini, SUNGUR daşınan zenit-raket kompleksini, HİSAR-O zenit-raket kompleksini və SİPER uzun mənzilli zenit-raket sistemini nümayiş etdirir.
Bundan əlavə, BORA, TRG-230 və TRG-300 raketləri, KMC silah sistemi və BURÇ mobil hava hücumundan müdafiə sistemi də ziyarətçilərə təqdim olunur.
“Roketsan” yüksək sürətli çoxməqsədli süzən sursat EREN-i də bu sərgi çərçivəsində ilk dəfə xaricdə təqdim edir. EREN, “Roketsan” tərəfindən 1 ildən az müddətdə konsept mərhələsindən döyüş üçün hazır vəziyyətə gətirilib. Son olaraq “Bayraktar AKINCI” pilotsuz uçuş aparatı ilə atış sınağı həyata keçirilən EREN-in bu il seriyalı istehsalına başlanması planlaşdırılır.
yüksək sürətli çoxməqsədli süzən sursat EREN-in, ilk növbədə Türkiyə Silahlı Qüvvələrinin, eləcə də dost və qardaş ölkələrin hərbi gücünə töhfə verməsi hədəflənir.
PUA-lardan, helikopterlərdən, quru nəqliyyat vasitələrindən, yerüstü sistemlərdən və dəniz platformalarından buraxıla bilən EREN, aşağı sürətlə hərəkət edən hava hədəflərinə, zirehli və zirehsiz yer hədəflərinə, eləcə də canlı qüvvəyə qarşı istifadə oluna biləcək. Üstün tuşlama qabiliyyəti, uzun müddət havada qalma bacarığı və 100 kilometrdən artıq mənzili ilə bu sahədə mühüm ehtiyacı qarşılayacaq.
Yüni süzən sursatla bağlı danışan “Roketsan”ın baş direktoru Murat İkinci, EREN-in onlar üçün olduqca dəyərli bir məhsul olduğunu bildirib.
“Həm havadan yerə, həm yerdən yerə, həm də yerdən havaya bəzi hədəflərlə kilidlənə bilən, qiymət baxımından səmərəli bir sursat hədəfimiz var idi. EREN bu baxımdan həm PUA-larımızın zərbə gücünə ciddi töhfə verəcək, həm də yerdən — avtonom nəqliyyat vasitələri, zirehli maşınlar və ya sığınacaqlar üzərindən çox ciddi kilidlənmə imkanları yaradacaq. Bu, qiymət baxımından effektiv bir sursatdır. Üzərindəki süni intellekt alqoritmləri, uçuş nəzarət sensorları və turbojet mühərriki ilə bizim üçün yeni bir seqment açır. Bundan sonra EREN-in insansız quru vasitələrinə, zirehli nəqliyyat vasitələrinə, PUA-lara, bəlkə də təyyarələrə və bəzi yaxın hava hücumundan müdafiə sistemlərinə inteqrasiya işləri davam edəcək”, – deyə M.İkinci vurğulayıb.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */

![]()