AZ

Rəsmi Tehran: İsrail ABŞ-la məsləhətləşmədən İrana hücum etməyəcək

İsrailin ABŞ-la əvvəlcədən məsləhətləşmədən İrana hücum etməsi ehtimalı yoxdur.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi brifinqdə bildirib.

Onun sözlərinə görə, təcrübə göstərir ki, İsrail tərəfindən görülən tədbirlər həmişə ABŞ-ın razılığı və əməkdaşlıq əsasında həyata keçirilir.

XİN rəsmisi qeyd edib ki, ölkəsinə hücum olacağı təqdirdə, İran İslam Respublikasının cavabı qətiyyətli olacaq.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu Prezident Donald Trampla İranı müzakirə etmək üçün ABŞ-a gedir.

"Cebheinfo.az"

Seçilən
4
3
cebheinfo.az

4Mənbələr