AZ

Pensiyaçıların səbrsizliklə gözlədiyi rəqəmlər açıqlandı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Əmək pensiyaları indeksləşdiriləcək. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçiriləcək.İqtisadçı Rəşad Nəcəfzadə sərəncamla bağlı Demokrat.az-a açıqlama verib.O bildirib ki, pensiyaların indeksləşdirilməsi əsasən inflyasiyanın təsirini kompensasiya etmək məqsədi daşıyır:“Qiymət artımları fonunda pensiyaların alıcılıq qabiliyyətinin saxlanılması sosial baxımdan vacibdir. Artım faizi adətən ötən ilin rəsmi inflyasiya göstəricilərinə uyğun müəyyən edilir. İlkin hesablamalara görə, pensiyalarda təxminən 8-10 faiz civarında artım gözlənilir. Dəqiq rəqəmlər isə Nazirlər Kabinetinin təqdim edəcəyi hesablamalardan sonra açıqlanacaq. İndeksləşmə yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alan bütün şəxslərə şamil olunacaq”. O deyib ki, xüsusilə minimum pensiya alanlar üçün bu artım daha nəzərəçarpan olacaq:“Çünki aşağı məbləğli pensiyalar inflyasiyanın təsirini daha tez hiss edir. Bu addım sosial dövlət prinsipinin praktik tətbiqi kimi qiymətləndirilə bilər. Pensiyaların artırılması daxili bazarda istehlakı stimullaşdıra bilər ki, bu da ticarət və xidmət sektoruna müsbət təsir göstərəcək. Artım avtomatik şəkildə hesablanacaq və pensiyaçıların əlavə müraciət etməsinə ehtiyac olmayacaq. Yeni məbləğlər növbəti ödənişlərdə birbaşa əks olunacaq”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
demokrat.az

1Mənbələr