AZ

Pensiyaların artımla veriləcəyi dəqiq tarix açıqlandı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin imzaladığı yeni sərəncamla ölkədə pensiyaçıların sosial rifahı növbəti dəfə diqqət mərkəzinə gətirilib. Qərara əsasən, pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu yenilik 1,1 milyon vətəndaşı əhatə edir və dövlət büdcəsindən bu məqsədlə illik əlavə 640 milyon manat vəsait ayrılıb. Artımlar yanvarın 1-dən hesablandığı üçün pensiyaçılar fevral ayında həm yeni məbləği, həm də ötən aydan qalan artım fərqini birgə alacaqlar.Demokrat.az bildirir ki, milli.az-ın məlumatına görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vəsaitlərin bank hesablarına köçürülməsi fevralın 13-nə planlaşdırılıb. Digər bölgələrdə yaşayan vətəndaşlar, habelə güzəştli şərtlərlə təqaüd alan şəxslər isə qrafikə uyğun olaraq ayın sonuna qədər öz ödənişlərini əldə edə biləcəklər. Proses tamamilə elektron qaydada həyata keçirilir, yəni vətəndaşların hər hansı sənəd təqdim etməsinə ehtiyac yoxdur.Sərəncam təkcə hazırkı pensiya məbləğlərinə deyil, həm də işləyən şəxslərin gələcək təminatına təsir edir. Belə ki, sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 5,6 faiz artırılıb. Bu addım sosial sığorta sistemində iştirak edən hər bir şəxsin gələcək pensiya məbləğinin inflyasiyadan qorunmasına və mütəmadi olaraq dövlət tərəfindən artırılmasına xidmət edir.Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
demokrat.az

1Mənbələr