AZ

Rusiya “Telegram”ı bloklamağa başlayıb

Roskomnadzor” “Telegram”ın işini məhdudlaşdırmağa başlayacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə RBK öz mənbələrinə istinadən məlumat yayıb.

İki mənbənin sözlərinə görə, “Roskomnadzor” bu gün xidmətin işini qismən məhdudlaşdırmaq üçün tədbirlər görməyə başlamağı planlaşdırır.

Başqa bir mənbə isə məsələ ilə bağlı tədbirlərin artıq qəbul edildiyini bildirib.

 
Qeyd edək ki, artıq ikinci gündür Rusiyadakı istifadəçilər messencerdəki fasilələrdən, o cümlədən media fayllarının yüklənməsindəki problemlərdən şikayətlənir.

Bir müddət əvvəl Dövlət Dumasının deputatı Mixail Delyaqin Rusiyada “Telegram”ın 2026-cı ilin sentyabr ayında tamamilə bloklanacağını bildirib.

Xatırladaq ki, Rusiyada "Facebook", "Instagram", "WhatsApp" və "YouTube" şəbəkələri tam bloklanıb.

Poliqon.info

Seçilən
11
7
poliqon.info

9Mənbələr