Ukraynanın Rovensk vilayətinin Sudobiçi kəndində 72 yaşlı təqaüdçü beş nəfəri qətlə yetirib.
APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” vilayətin polis idarəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, məcburi köçkünlərin yaşadığı binada 72 yaşlı kişi ilə digər sakinlər arasında mübahisə yaranıb və bu, sonradan əlbəyaxa davaya çevrilib.
Təqaüdçü kişi beş nəfərə çəkic və balta ilə zərbələr endirməyə başlayıb. Hadisə yerində ikisi kişi və üçü qadın olmaqla, 5 nəfər aldığı xəsarətlərdən ölüb.
Polis təqaüdçünü saxlayıb.