AZ

Azərbaycan Paralimpiya Oyunlarında: 30 ildə 68 medal

Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli növbəti oyunu buraxacaq.

90deqiqe.Az-ın məlumatına görə, 2-ci Bundesliqanın XXII turu çərçivəsində “Qröyter Fürt”ə qarşı keçiriləcək matçda futbolçunun iştirakı mümkün olmayacaq. Zədədən sonra bərpa prosesini davam etdirən Mahir Emreli hələ tam hazır deyil.

Komandanın itkiləri bununla da bitmir. İvan Prtajin, Ci Su Kim və Avdo Spahiç də müxtəlif zədələr səbəbindən qarşıdakı görüşdə iştirak etməyəcəklər.

Qeyd edək ki, Mahir Emreli 2023-cü ilin yayında “Nürnberq”dən “Kayzerslautern”ə transfer olunub. Azərbaycan millisinin hücumçusu ilə 3 illik müqavilə imzalanıb.

Seçilən
17
90deqiqe.az

1Mənbələr