AZ

Belə taksi sürücüləri cərimələnəcəklər AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Paytaxtın taksi bazarında son vaxtlar müşahidə olunan mənzərə sərnişinləri çıxılmaz vəziyyətdə qoyub. Küçədə və ya mənzildə dəqiqələrlə avtomobil gözləyən vətəndaşlar son anda sürücünün hər hansı izahat vermədən sifarişi ləğv etməsi ilə üzləşirlər. Bu problem sadəcə fərdi narazılıq deyil, artıq sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. İnsanlar vaxt itkisi ilə yanaşı, mənzil başına vaxtında çata bilməməkdən və iş rejiminin pozulmasından gileylənirlər. Xüsusilə pik saatlarda və ya hava şəraitinin pisləşdiyi vaxtlarda bu hallar kütləvi xarakter alır ki, bu da xidmət keyfiyyətinin kəskin aşağı düşməsi deməkdir.Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a bildirir ki, bu məsələ fərdi istəklərlə deyil, birbaşa qanunvericiliklə tənzimlənən prosesdir. Ekspertin sözlərinə görə sürücü tərəfindən sifarişin qəbul edilməsi tərəflər arasında şifahi müqavilənin bağlanması deməkdir və bu öhdəliyin əsassız yerə pozulması yolverilməzdir. Texniki problemlər və ya qəfil yaranan fövqəladə hallar istisna olmaqla, sürücünün şəxsi maraqlarına görə müştəridən imtina etməsi qanunvericiliyin tələblərinə ziddir. Elgiz Mehdiyev vurğulayır ki, qaydaları pozan sürücülər üçün inzibati məsuliyyət, o cümlədən xəbərdarlıq və müəyyən məbləğdə cərimələr nəzərdə tutulur.“Sürücü sifarişi qəbul etdikdən sonra onu əsaslı səbəb olmadan ləğv etməməlidir. Texniki nasazlıq və ya fövqəladə hal əsaslı səbəb sayıla bilər. Lakin şəxsi maraqlara görə sifarişdən imtina qayda pozuntusu hesab olunur. Belə hallarda sürücülər inzibati məsuliyyət daşıya bilərlər. Qanunvericilik xəbərdarlıq və cərimə tədbirlərini nəzərdə tutur. Bununla yanaşı, taksi xidmətləri göstərən mobil tətbiqlər də sürücülərə qarşı sanksiyalar tətbiq edir. Tez-tez sifariş ləğv edən sürücülərin reytinqi aşağı salınır. Bəzi hallarda onların platformadan müvəqqəti uzaqlaşdırılması mümkündür. Bu tədbirlərin əsas məqsədi sərnişinlərin hüquqlarını qorumaqdır”. Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
42
demokrat.az

1Mənbələr