AZ

Təyyarə yolun ortasına təcili eniş etdi - Avtomobillərə çırpıldı / FOTO

ABŞ-nin Corciya ştatında yola təcili eniş edən kiçik təyyarənin avtomobillərə çırpılıb.


Manset.az xariri mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Məlumata görə, Corciya ştatının Gainesville şəhərində mexaniki nasazlıq yaşayan tək mühərrikli Hawker Beechcraft BE-36 tipli kiçik təyyarə məşhur bir yola təcili eniş etdiyi vaxt 3 avtomobillə toqquşub.

İki avtomobil sürücüsü yüngül xəsarətlər alaraq xəstəxanaya aparılıb. Hadisə baş verdikdən sonra yol bağlanıb və uzun avtomobil tıxacı yaranıb.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən verilən açıqlamada hadisənin təyyarənin Lee Gilmer Memorial Hava Limanından Cherokee County Regional Hava Limanına gedərkən baş verdiyi bildirilib.


Seçilən
8
manset.az

1Mənbələr