Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyənin İstanbul şəhərində Küçükçekmece Məhkəməsində mübahisə zamanı vəkil hakimə hücum etməyə cəhd edib.
Bu barədə Oxu.Az DHA-ya istinadən xəbər verir.
Məlumata görə, hakimlə vəkil arasında fikir ayrılığı yaranıb. Hakim vəkilin işlə bağlı şərhlərinin hüquqi prinsiplərə uyğun olmadığını bildirdikdən sonra gərginlik daha da artıb. Hakim məsələnin böyüməməsi üçün vəkildən otaqdan çıxmasını istəyib, lakin vəkil aqressiv davranış sərgiləyib, katibin masasına yumruqla vurub və təhlükəsizlik qüvvələrinin çağırılmasına baxmayaraq, qəzəbli hərəkətlərini davam etdirib.
Vəkil daha sonra hakimə hücum etməyə cəhd edib, lakin cəhdin qarşısı alınıb.
Hakim şikayət ərizəsi verib və vəkil barəsində "qəsdən xəsarət yetirməyə cəhd" ittihamı üzrə istintaq başladılıb. Vəkil nəzarət altına alınıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.