AZ

“Velizar” məhkəmədə etiraf etdi: Peşmanam

Fevralın 2-də inzibati qaydada həbs olunan “Velizar” kimi tanınan tiktoker Salman Məmmədovun məhkəmədə verdiyi ifadə məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsinin tələblərini pozmaqda ittiham edilən 1996-cı il təvəllüdlü S.Məmmədov məhkəmədə əməlini etiraf edib:

“Uzun illər Türkiyədə yaşayıb və orada sosial media işlədərək canlı yayımlar açmışam. Azərbaycana gəldikdən sonra burada da canlı yayımlar açaraq bir neçə blogerlə yarış şəklində oyunlar oynayıb və nalayiq ifadələr istifadə etmişəm. Həmin ifadələrin qadağan olduğunu bilməmişəm. Qadağan olduğunu bildikdən sonra isə istifadə etməmişəm. Əməlimdən səmimi peşmanam, bir daha belə hallara yol verməcəyinə söz verirəm”.

Seçilən
26
publika.az

1Mənbələr