ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az xəbər verir ki, Cey Di Vensin Bakıya səfəri ərəfəsində erməni lobbi qrupları Ağ Evin diqqətini separatçıların keçmiş rəhbəri Arayik Arutyunyan və onun ətrafına yönəltmək üçün kampaniyanı gücləndirərək, onların azad olunması məsələsini Vaşinqtonun gündəliyinə daxil etmək istəyiblər. Kilikiya katolikosu I Aram və Amerika Erməni Milli Komitəsi (ANCA) Vensə müvafiq çağırışlar ediblər. Kampaniya çərçivəsində ABŞ vitse-prezidentinin ofisinə göndərilən minlərlə müraciətdə ondan Bakıda qondarma “erməni məhbusları” ilə görüşmək və onların azadlığa buraxılmasında israr göstərmək tələb olunub. ABŞ-də fəaliyyət göstərən erməni təşkilatları və strukturları analoji bəyanatlarla çıxış edərək, özlərini “insan haqları” müdafiəçisi kimi qələmə veriblər. Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində iflasa uğradılmış keçmiş separatçı rejimin tərəfdarları erməni cinayətkarların azadlığa buraxılması ilə bağlı İrəvanda aksiya keçiriblər. Təzyiqlərin effektivliyini artırmaq üçün kampaniyada dini ritorika vurğulanıb və “xristian həmrəyliyinə” çağırışlar səsləndirilib. Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.