AZ

Açıq görünməyən ağciyər xərçəngi əlaməti müəyyən edildi

Tibb mütəxəssisləri xəbər veriblər ki, əllərin barmaq formasında dəyişikliklər insanın ağciyər xərçəngi riskini göstərə bilər. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" qəzeti Roj Kasl Fonduna istinadla məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, ağciyər xərçəngini erkən mərhələdə aşkar etməyə kömək edə biləcək sadə test mövcuddur ki, bu da potensial olaraq insanların həyatını xilas edə bilər. Testin aparılması üçün sağ və sol əllərin dırnaqları bir-birinə qarşı qoyulur.

Məqalədə qeyd olunur ki, normal halda barmaqlar arasında romb şəklində boşluq yaranmalıdır. Əgər boşluq yoxdursa, bu, barmaqların son falanqlarının qalınlaşmasını göstərə bilər. Bu simptom qeyri-kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrin 35%-də, kiçik hüceyrəli ağciyər xərçəngi olan insanların isə 4%-də müşahidə olunur.

Məqalədə vurğulanır ki, bu testin pozitiv nəticəsi mütləq xərçəng mövcudluğunu göstərmir, lakin barmaq formasında dəyişiklik müşahidə edilərsə, həkimə müraciət etmək tövsiyə olunur.

Samir
 

Seçilən
19
hit.az

1Mənbələr