AZ

Simonyan Moskvada Lavrova Solovyovdan şikayət edib: Cavab verib ki...

Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib ki, İrəvan və Moskvanı narahat edən bütün aktual məsələlər Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə müzakirə olunub.

Publika.az xəbər verir ki, Simonyan jurnalistlərə Ermənistan hökumətinin Rusiyadan qaynaqlanan bədnam "hibrid təhdidlər" ittihamlarının cavablandırılıb-cavablandırılmadığı ilə bağlı suala belə cavab verib:

"Bir saat yarımdan çox danışdıq. Aydındır ki, açıq şəkildə müzakirə edə bilmədiyim bəzi məsələlər var... Amma bizi narahat edən bütün məsələlərə toxunduq".

Simonyan əlavə edib ki, Lavrovla müzakirə olunan əsas mövzular Ermənistana investisiyalar, regionlar arasında əməkdaşlıq və mədəni tədbirlərdir.

Ermənistan Parlamentinin sədri bildirib ki, o, vaxtaşırı Rusiyadan rezonans doğuran açıqlamalar verən bütün şəxslərin, o cümlədən Vladimir Solovyovun iddiaları ilə bağlı Lavropla müzakirə aparıb.

Seçilən
25
1
publika.az

2Mənbələr