AZ

“Uşaq hüquqları haqqında” yeni Qanun birinci oxunuşda qəbul edildi

Bakı. Trend:

“Uşaq hüquqları haqqında” Qanun Milli Məclisdə birinci oxunuşdaqəbul edilib.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə edilib.

Bildirilib ki, "Azərbaycan Respublikası Prezidentinin 2020-ci il27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş"Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ciillər üçün Fəaliyyət Planı"nda dəyişiklik edilməsi haqqında"Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 iyun tarixli3914 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2023-cü iltarixli 524s nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən Ailə, Qadınvə Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Uşaq hüquqlarıhaqqında" Azərbaycan Respublikasının yeni qanun layihəsihazırlanmışdır.

"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının 1998-ci iltarixli Qanununda uşaq hüquqları və onların təmin edilməxüsusiyyətləri olduqca Ümumiləşdirilmiş formada əks olunmuş,normalarda əsasən xüsusi qanunvericilik aktlarına göndərişləredilmişdir. Uşaq hüquqlarının təmin edilməsinə dair dəqiqtənzimlənmələr nəzərdə tutan ayrı-ayrı sahəvi normativ hüquqiaktlar bir çox hallarda beynəlxalq hüquq normalarında təsbitedilmiş vahid yanaşmaları tam və aydın əhatə etmir. ÖlkəmizinBMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası üzrə öhdəliklərdaşıdığını nəzərə alaraq ilk növbədə qanunvericilikdə uşaq hüquq vəazadlıqlarının təmin edilməsində dövlət siyasətinin məqsədləri vəvəzifələri daha konkret müəyyən edilməlidir ki, qüvvədə olan vəyaxud gələcəkdə qəbul edilkəcək digər sahəvi sənədlərdə həminyanaşma öz əksini tapsın.

Hazırlanmış qanun layihəsində uşaq hüquqları üzrə dövləttəminatları daha geniş formada əks olunmuş, çətin həyat şəraitindəolan uşaqların hüquq və mənafelərinin qorunması üçün kompleksyanaşmanı özündə əks etdirən hüquqi tənzimləmə müəyyən edilmişdir.Həmçinin layihəyə uşaqlarla bağlı icraata dair beynəlxalqnormalardan irəli gələrək prinsipial məsələlər, uşaq hüquqlarınınhəyata keçirilməsinə dövlət nəzarəti mexanizmi daxiledilmişdir.

BMT-nin Uşaq hüquqları üzrə Komitəsinin Azərbaycanla bağlı 22fevral 2023-cü il rəyində (18-ci bənd) ölkədə uşağın üstünmənafeyinin təmini prinsipinin tətbiqi, sosial təhlükəlivəziyyətlərdə olan (ailədə zorakılıq, istismar, küçə həyatı və.s)uşaqların aşkar edilməsi və onlara yardımların göstərilməsi iləbağlı aydın və işlək prosedurların yaradılması tövsiyə (24, 25,30,33, 40, 42 ve s. bəndlər) edilmişdir.

Layihədə uşaqların üstün mənafelərinin təminatları açıqlanır. Buprinsip "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının 4 rəhbərprinsiplərindən biri olmaqla, sənəddə təsbit edilmiş bütünhüquqların əsasında durur.

Uşaqların üstün mənafelərinin qorunması prinsipinin yerinəyetirilməsi ilə bağlı qanunvericilikdə bəzən dəqiq tənzimlənməninolmaması və qeyri-müəyyən anlayışlardan istifadə təcrübədə fərdihallara baxılarkən qərarvericilər və onların icrasını təmin edənlərüçün çətinliklər yarada bilir. Subyektiv, xüsusilə də mentaldəyərlərlə əlaqələndirilən yanaşmalar heç də hər zaman uşağınnormal tərbiyəsinə və inkişafına təminat vermək iqtidarındaolmur.

Bu baxımdan layihə hazırlanarkən BMT-nin Uşaq hüquqlarıKomitəsinin Uşaq hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinin1-ci bəndinin tətbiqi ilə bağlı üzv olan dövlətlərə yönəlmişşərhinə nəzər yetirilmişdir. Belə ki, Komitə özünün 2013-cü ildəqəbul etdiyi 14 nömrəli şərhində uşaq mənafeyinin nəzərə alınmasıöhdəliyinə daha dərindən aydınlıq gətirərək onun tərkibelementlərini müəyyən etmişdir.

Hazırlanmış qanun layihəsinin qüvvədə olan "Uşaq hüquqlarıhaqqında" Azərbaycan Respublikasının Qanunundan fərqlicəhətləri:

1. Həddindən artıq ümumiləşdirməyə yol verilməməsi, uşaqhüquqlarına sistemli və kompleks yanaşmanı ortaya qoymaq üçünlayihənin mətni 8 fəsildə təqdim olunur. Ümumi müddəalaradlandırılan birinci fəsildə layihədə istifadə olunan 11 anlayışıntərifi verilmişdir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı dövlətsiyasətinin əsasları və uşaqların malik olduqları əsas hüquq vəazadlıqların həyata keçirilməsinə dair dövlət təminatları isəayrı-ayrı fəsillərdə daha geniş əks olunmuşdur.

2. Uşaqlar barəsində dövlət siyasəti adlı ikinci fəsildə dövlətsiyasətinin məqsədləri, dövlətin əsas vəzifələri, uşaq hüquqlarınınmüdafiəsinin təmin edilməsi üzrə dəstək proqramları, uşaqhüquqlarını müdafiə edən orqanlar (qurumlar) və qeyri-hökuməttəşkilatlar, əlaqələndirmə, nəzarət və monitoring, məlumatlarıntoplanması və təhlili barədə olan müddəalar dövlətin uşaqsiyasətinin "Uşaq hüquqları haqqında" Konvensiyanın tələblərinəuyğun formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edə bilər.

3. Uşağın əsas hüquq və azadlıqları, onların həyatakeçirlməsinin dövlət təminatlarına dair 3-cü fəsildə əsas hüquq vəazadlıqların təsbit edilməsindən öncə onların həyata keçirilməsindəbaza prinsiplər, xüsusilə də uşaqların mənafelərinin üstünlüyüprinsipinin əsas təminatları, bu hüquqların reallaşdırılması üçünuşağa köməyin göstərilməsi daha geniş məzmunda verilir. Təcrübədərast gəlinən problemlər bir sıra hüquqların təminatlarının dahageniş şəkildə verilməsini zəruri etmişdir.

4. 4-5-ci fəsillər müvafiq olaraq uşağın ailədə hüquqları vəonların müdafiəsi, uşağın cəmiyyətdə mənfi, zərərli təsirlərdənqorunması kimi məsələlərə həsr edilərək, qüvvədə olan Qanundanməzmun ve forma baxımından fərqli şəkildə təqdim edilir.

5. Çətin həyat şəraitində olan uşaqların müdafiəsi və hüquqlarıadlı 6-cı fəsildə hazırda mövcud olmayan yeni mexanizm təklifolunur. Uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyalar üçündəqiq prosedurların olmaması səbəbindən çətin həyat şəraitində olanuşaqlar ayrı-ayrı hüquqi sənədlərdə təsbit edilmiş təminatlardantam yararlana bilmirlər və kənarda qalırlar. Məsələn: çətin həyatşəraitində olan, xüsusilə də sosial təhlükəli vəziyyətdə olan,məişət zorakılığına məruz qalan uşaqlar barəsində "Sosial xidməthaqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqpozuntularının profilaktikası haqqında", "Məişət zorakılığıhaqqında" qanunlarda nəzərdə tutulmuş tədbirlər lazımi qaydadatətbiq edilmir. Layihədə müəyyən edilmiş mexanizm qüvvədə olanqanunvericiliklə ziddiyyət təşkil etmir və maliyyə yüklü yenitəminatlar nəzərdə tutmur. Əsas məqsəd prosedurların daha təkmilolmasından və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərinəlaqələndirilməsindən ibarətdir.

Belə ki, layihəyə əsasən uşaq hüquqlarının müdafiəsi üzrə yerlikomissiyalar çətin həyat şəraitində olan uşaqları aşkar etdikdədərhal onun yaşayış yerinə və ya olduğu yerə gedilməsini, uşağınvəziyyətinin (sağlamlıq vəziyyəti, psixoloji vəziyyəti, əlilliyimüəyyən edilmiş uşağa xüsusi qayğının mövcud olub-olmaması, uşağaqarşı zorakılıq hallarının mövcud olub-olmaması və yaşayış şəraiti)ilkin müayinəsinin keçirilməsini və təcili və təxirəsalınmaztədbirlərin görülməsini təşkil edir.

Uşağın sosial müdafiəsi məsələsinə vahid və kompleks yanaşmaönəmlidir.

Əksər hallarda uşağın müdafiəsi üzrə tədbirlər tamamlanmamışqalır. Bu baxımdan dövlət orqanlarının dəqiq vəzifə bölgüsü,əlaqələndirilmiş fəaliyyəti, hər bir uşağa fərdi yanaşmasınınolması və onun şəxsi məlumatlarının konfidensiallığının qorunmasıçox önəmlidir. Çətin həyat şəraitində olan uşaqlar vaxtında aşkaredildikdə onların zərər çəkmə riski azalır və reabilitasiyasıasanlaşır.

6. 7-ci fəsil uşaqlar barəsində icraatın əsaslarına dairməsələləri əhatə edir. Uşaqlar barəsində icraata dair normalarayrı-ayrı məcəllələrdə və qanunlarda təsbit edilsə də, onlarınəsasında duran və yuvenal ədliyyəyə dair beynəlxalq hüquqnormalarından qaynaqlanan vahid yanaşma (prinsiplər, prosessualtəminatlar, mütəxəssislərin ixtisaslaşması, hüquqi yardım,nümayəndə vasitəsi ilə təmsil olunma, qəbul edilən qərarlarınuşağın üstün mənafeyi nəzərə alınmaqla əsaslandırılması) bu fəsilədaxil edilmişdir. Layihənini 1.1.11-ci maddəsində uşaqlar barəsindəicraat dedikdə uşaqlar barəsində mülki, cinayət və inzibatixətalara dair işlər üzrə icraat, inzibati məhkəmə icraatı, inzibatiicraat nəzərdə tutulur.

Uşaq hüquqları ilə bağlı qərarlar qəbul edilərkən nəzərəalınmalı olan səkkiz tələbin müəyyən edilməsi gələcəkdə təcrübədəvahid yanaşmanın formalaşdırılmasına imkan verəcəkdir.

7. Yekun müddəalarda (8-ci fəsil) qanunun tələblərini pozanşəxslərin qanunda nəzərədə tutulmuş hallarda məsuliyyət daşıdığıqeyd edilir.

Yekun olaraq qeyd edilməlidir ki, hazırda qüvvədə olan "Uşaqhüquqları haqqında" Azərbaycan Respublikası Qanununun qəbulundan 28ilə yaxın müddət keçir və bu müddət ərzində insan hüquq vəazadlıqlarının inkişafı ilə paralel olaraq uşaq hüquqları sahəsindəbaş verən inkişaf, ortaya çıxan yeni yanaşmalar ölkəmizin müvafiqsahədə qanunvericilik bazasının təkmilləşdirilməsini zəruriedir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraqbirinci oxunuşda qəbul edilib.

Seçilən
39
3
az.trend.az

4Mənbələr