AZ

Gürcüstandan daha 80 əcnəbi deportasiya edildi –ARALARINDA AZƏRBAYCAN VƏTƏNDAŞLARI DA VAR

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlərdə həyata keçirilən əməliyyatlar çərçivəsində 80 xarici vətəndaşı ölkə ərazisindən çıxarıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, deportasiya tədbirləri Daxili İşlər Nazirliyinin müvafiq bölmələri ilə sıx əməkdaşlıq şəraitində, mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə icra olunub.

 

Ölkədən çıxarılan şəxslərə Gürcüstana giriş qadağası tətbiq edilib.

 

Kompleks miqrasiya nəzarəti tədbirləri nəticəsində Türkiyə, Rusiya, Hindistan, İran, Azərbaycan, Misir, Türkmənistan, Pakistan, Özbəkistan, Nigeriya, Banqladeş, İsrail, İraq, İordaniya, Nepal, Fil Dişi Sahili, Sudan, Tacikistan, Filippin və Şri-Lanka vətəndaşları Gürcüstan ərazisindən deportasiya olunub.

 

Daxili İşlər Nazirliyi bildirir ki, miqrasiya qaydalarına nəzarət və qanunsuz miqrasiyaya qarşı tədbirlər gələcəkdə də davam etdiriləcək.

 

Xatırladaq ki, ötən il Gürcüstandan ümumilikdə 1 311 əcnəbi deportasiya edilib və onların 39-u azərbaycanlı olub.

Seçilən
2
1
senzor.az

2Mənbələr