AZ

Yanvarda rekord sayda maqnit qasırğası baş verib

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin yanvarı 2017-ci ildən bəri maqnit qasırğalarının ən çox baş verdiyi ay kimi qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib:

"2026-cı ilin əvvəlinin azı son on il ərzində geomaqnit cəhətdən ən aktiv dövr olacağına dair gözləntiləri hələlik təsdiqləyir. Yanvar ayı ərzində 10 gün maqnit qasırğası müşahidə edilib. Bu, cari 25-ci Günəş dövrünün və 2017-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir".

Qeyd edilir ki, maqnit qasırğalarının əsas mənbəyi koronal (tac) dəlikləri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
oxu.az

1Mənbələr