Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.
Müğənni Ajda Pekkanın vokalisti Tuğba Tufantepe sosial şəbəkələrdən ona təcavüz xarakterli mesajlar gəldiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
BAKU.WS xəbər verir ki, 42 yaşlı sənətçi verdiyi şikayətdə bildirib ki, 66 yaşlı Ö. B. adlı şəxs tərəfindən ona davamlı olaraq təcavüz xarakterli mesajlar və etik normalara zidd videolar göndərilib.
Hadisə ilə bağlı aparılan araşdırma zamanı sözügedən şəxsin İstanbulda yerləşən qocalar evində yaşadığı müəyyən olunub.
Ö. B. istintaqa verdiyi ifadəsində mesajları özü göndərdiyini etiraf edib, lakin videoların qocalar evində qalan başqa şəxslər tərəfindən göndərilmiş ola biləcəyini deyib.
Toplanan dəlillər əsasında prokurorluq Ö. B. barəsində "cinsi təcavüz" maddəsi ilə cinayət işi açıb və onun 2 ilədək azadlıqdan məhrum edilməsini tələb edib.
Tuğba Tufantepe ifadəsində hazırda Dubayda yaşadığını, ona fasiləsiz şəkildə göndərilən "Aşkım", "Bebeğim" kimi mesajların psixoloji narahatlıq yaratdığını deyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.