AZ

İnsanlar daha mehriban olacaq - Bu gündən başladı...

Bu gün, 10 fevral 2026‑cı il tarixində sevgi və gözəllik planeti sayılan Venera Dolça bürcündən çıxaraq Balıq bürcünə daxil olub.

“Yeni Sabah” xəbər verir ki, bu astroloji hadisə 6 mart 2026‑cı ilədək davam edəcək və planetimizin cazibə, münasibətlər, yaradıcı təsir və estetik duyğular üzərindəki təsirini yeni energetik səviyyəyə daşıyacaq.

Balıq bürcü dərin hisslər, intuitiv bağlılıq və xəyalpərəst duyğularla tanınır, buna görə də Venera bu bürcdə yüksək gücə çatır, bu da sevgi, incəsənət və empatiya üçün güclü dəstək deməkdir.

Hindistanın tanınmış astroloqu Çiraq Darualla bildirir ki, belə tranzit dövründə insanlar arasında daha dərin, duyğusal və ruhsal səviyyədə bağlar yaranır, bu, yalnız səthi romantikadan deyil, həm də empatiya, şəfqət və incəsənətə yönəlmiş bir enerjidir.

Bu astroloji tranzit bütün bürclər üçün fərqli təsirlərlə gələcək. Ümumi astrologiya qaydalarına görə, belə dövrlər yaradıcılıq, romantika, “ruh əkizi” ilə qarşılaşma və estetik zövq sahələrində imkanlar açır, eyni zamanda, bəzi bürclərdə həssaslıq və xəyallara qapılma risklərini də artırır.

Sevgi və münasibətlər sahəsində yüksəliş gözlənən bürclər:

Analitik astrologiya portalları qeyd edir ki, Venera Balıqda olduqda Xərçəng, Qız, Əqrəb və Balıq bürcləri xüsusi üstünlüklər əldə edə bilər. Bu bürclər sözügedən dövrdə həm duyğusal əlaqələrdə, həm də yaradıcılıqda daha çox harmoniya, dərin hiss və özünüifadə hissi yaşayacaqlar.

Bəzi bürclər üçün çətinliklər:

Digər tərəfdən sərhədləri bulanıqlaşmış enerji bəzi bürclər üçün qarışıqlığa səbəb ola bilər. Məsələn, “xəyali ideal” ilə gerçək arasında fərqi ayırd etmək çətinləşə bilər ki, bu da münasibətlərdə yanlış gözləntilər doğura bilər. Bu cür həssaslıq xüsusilə Qoç və Əkizlər bürcləri üçün emosional qarışıqlığa və qərarsızlığa yol aça bilər.

Astroloq Çiraq Darualla vurğulayır ki, Veneranın təsiri dövründə münasibətlərdə və sevgi həyatında yaranan yeni hissləri dərhal qiymətləndirməkdə ehtiyatlı olmaq lazımdır.

Astroloq iddia edir ki, bu astroloji hadisə insanları daha həssas və mehriban edəcək. İnsanlar bir-birinə daha diqqətli olacaq. Münasibətlərdə dürüst danışmaq asanlaşacaq. Yaradıcılıq və fikir ifadəsi daha rahat olacaq.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
23
yenisabah.az

1Mənbələr