AZ

“ChatGPT”də yazışmalarınıza uyğun reklamlar olacaq

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“ChatGPT” platformasında da reklamlar olacaq. Lakin, reklamlar istifadəçinin qoşulduğu xidmət planına əsasən formalaşacaq.Demokrat.az xəbər verir ki, Free və Go planlarından istifadə edənlər üçün platformada müəyyən hallarda reklamlar göstərilə bilər. Bu reklamlar cavab mətninin tərkib hissəsi deyil və ayrıca “reklam” və ya “sponsored” qeydi ilə təqdim olunur.Plus, Pro və Enterprise planlarına malik istifadəçilər üçün isə platforma reklamsız fəaliyyət göstərir.Bildirilib ki, reklamlar “ChatGPT” tərəfindən təqdim olunan cavabların məzmununa təsir etmir. İstifadəçilər uyğun hesab etmədikləri reklamları gizlətmək və ya reklamlarla bağlı rəy bildirmək üçün reklamın üzərində yerləşən menyu vasitəsilə müvafiq seçimlərdən istifadə edə bilərlər.Qeyd olunur ki, reklamların göstərilməsi istifadəçi maraqlarına uyğun şəkildə tənzimlənəcək.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
demokrat.az

1Mənbələr