AZ

ADDA da diplomqabağı təcrübəyə start verildi FOTO

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Azərbaycan Dövlət Dəniz Akademiyasının IV kurs tələbələri üçün diplomqabağı təcrübə mərhələsi start götürüb. Təcrübə proqramı çərçivəsində tələbələr müxtəlif gəmiçilik qurumlarında praktiki biliklərini artıracaqlar.Demokrat.az xəbər verir ki, təcrübəyə cəlb olunan tələbələrdən 41 nəfəri Xəzər Dəniz Neft Donanmasında (XDND), 69 nəfəri isə Dəniz Nəqliyyatı Donanmasında (DND) təcrübə keçəcək. Bundan əlavə, 32 nəfər digər gəmiçilik şirkətlərində təcrübə proqramına qatılacaq.Bu gün XDND və DND-də təcrübəyə başlayan tələbələrə müvafiq idarələrdə texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimat verilib.Diplomqabağı təcrübə tələbələrin nəzəri biliklərini təcrübədə tətbiq etmələri üçün vacib mərhələ hesab edilir və onların gələcək peşə fəaliyyətinə mühüm töhfə verəcək. Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
demokrat.az

1Mənbələr