AZ

Lənkəranda yaşlı şəxslərin təqaüd kartlarını talayan şəxs saxlandı



Lənkəranda ahıl yaşlı şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.

Araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb. Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.

C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib. Faktlarla bağlı araşdırma aparılır.

ZÜMRÜD

Seçilən
14
31
baki-xeber.com

10Mənbələr