AZ

“Sağlam məktəbli” layihəsi Ağalıda FOTOLAR

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qida Təhlükəsizliyi Agentliyinin “Sağlam məktəbli” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin şagirdləri ilə maarifləndirmə tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə məktəblilərə Şərqi Zəngəzur və Qarabağ regional bölmələrinin mütəxəssisləri tərəfindən Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyi anlayışı ilə bağlı zəruri məlumatlar verilib. Sağlam qidalanma vərdişlərinin böyümə və inkişafda rolu, enerji və zehni fəaliyyətə təsiri, dərsdə diqqət və yaddaş üçün faydası diqqətə çatdırılıb. Eləcə də qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri bildirilib. 

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.

Tədbirin keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanma mədəniyyətini formalaşdırmaq, qida təhlükəsizliyi barədə bilikləri artırmaq və şagirdlərə düzgün qida vərdişləri aşılamaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
4
unikal.az

6Mənbələr