AZ

m10 da ağlasığmaz talama: HƏBSLƏR VAR ON MİLYONLARLA VƏSAİT OĞURLANIB

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir neçə gün əvvəl mobil ödəniş və rəqəmsal pul kisəsi tətbiqi olan m10-da hesabların dondurulmasının əsas səbəbləri bəlli olub. 

Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, sistemdəki bloklanma baş verən talama ilə bağlıdır. 

Məlumata görə, m10 hesabının başqa şəxslərin idarəçiliyinə keçməsi nəticəsində ayrı-ayrı insanlara məxsus olan on milyonlarla vəsait talan edilib.

Prosesin ABŞ-dan həyata keçirildiyi bildirilir.

Məlumata görə, hazırda Azərbaycanın hüquq-mühafizə orqanlarında cinayət işləri açılıb və m10-dan həbslər həyata keçirlib.

Bildirilir ki, m10-un xaricdən idarə olunması üçün həmin şəxslər xüsusi qorunan məlumatları və kodları qarşı tərəfə ötürüb.

Qeyd edək ki, m10-da yaranan çətinliklə bağlı “PASHA Pay” açıqlama yaymışdı.

Bildirilirdi ki, m10 platformasında xarici mənşəli “merchant”lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olması qeydə alınmışdır. Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, sözügedən hesablar müvəqqəti olaraq dondurulmuşdur. Hazırda məsələ m10-nun müvafiq komandaları tərəfindən daxili prosedurlara uyğun şəkildə araşdırılır. Hazırda m10-da bütün əməliyyatlar tam bərpa olunub.

Yaranmış narahatlığa görə istifadəçilərimizdən üzr istəyir, göstərdikləri anlayış və etimad üçün təşəkkür edirik. 

İstifadəçilərimizin vəsaitlərinin təhlükəsizliyini, əməliyyatların şəffaflığını və platformanın sabitliyini daim prioritet olaraq qorumağa davam edirik”.

m10 – Azərbaycanda çox sürətlə yayılan mobil ödəniş və rəqəmsal pul kisəsi tətbiqidir. Rəsmi olaraq Kapital Bank tərəfindən yaradılıb və əsas məqsədi gündəlik pul köçürmələrini və ödənişləri maksimum sadələşdirməkdir.

Elmar

Gununsesi.info

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
9
icma.az

10Mənbələr