1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.
Bu barədə "Cebheinfo.az" –ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Şəhla Kamilovanın vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.
Şagird polis əməkdaşları tərəfindən saxlanılıb.