Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, gömrük xidməti mayoru Şamil Həsənli Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
"Unikal"ın məlumatına görə, idarə rəisi təyin edilən Ş.Həsənli Vətən müharibəsi iştirakçısıdır.
O, Bakı Dövlət Universitetini bitirib. Milli Ordu sıralarında zabit kimi xidmət edib. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb.
Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.
Anar Kəlbiyev



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.