Ukrayna üzrə danışıqlar davam edir, qarşıda hələ uzun məsafə var.
Leqal.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov N TV telekanalına müsahibəsində deyib.
“Biz dəfələrlə demişik ki, baş verənlərə həddindən artıq həyəcanla yanaşmamalıyıq ki, bəs, ABŞ Prezidenti Donald Tramp avropalıları, Volodimir Zelenskini “yerinə otuzdurub” və onlardan icra etmələrini tələb edir... Əgər biz Ukraynada sülh istəyiriksə, bu, yaxşıdır, lakin hələ orada deyilik”, - nazir bildirib.
Danışıqların davam etdiyini vurğulayan Lavrov ikinci raundun Əbu-Dabidə keçirildiyini xatırladıb.
“Orda hələ çox məsafə var”, - Rusiya XİN başçısı vurğulayıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta