AZ

ChatGPT-də reklam işə düşüb

OpenAI ChatGPT platformasında reklamların göstərilməsinə başlayıb. Bu barədə şirkətin açıqlamasında bildirilir.

Hazırda sınaq rejimi yalnız ABŞ ərazisində tətbiq olunur. Reklamları “Free” və “Go” səviyyəli abunəçilər görəcəklər. “Pro”, !Business! və !Enterprise! abunə planına malik istifadəçilərə isə elanlar göstərilməyəcək.

“Biz çalışırıq ki, reklamlar ChatGPT-nin daha inkişaf etmiş funksiyalarına çıxışı genişləndirməyə kömək etsin və eyni zamanda vacib və şəxsi məsələlərdə ona güvənən istifadəçilərin etimadını sarsıtmasın. Biz test mərhələsi ilə başlayırıq ki, istifadəçiləri dinləyək və hər şeyi düzgün quraq”, — deyə şirkətin məlumatında bildirilir.

Seçilən
34
banker.az

1Mənbələr