AZ

Yolayrıcında işıqfor varsa, hansı nişanlar qüvvəsini itirir? Aqil Rəhimov İZAH ETDİ VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yol hərəkəti qaydaları ilə bağlı bəzi vacib məqamlar var ki, onları təkcə yeni sürücülər deyil, hətta təcrübəli avtomobil idarəçiləri də hər zaman düzgün tətbiq etmirlər. Bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərə mühüm izah verib.

Avtosfer.az xəbər verir ki, Aqil Rəhimovun sözlərinə görə, işıqforla tənzimlənən yolayrıclarında bir çox yol nişanı müvəqqəti olaraq qüvvəsini itirir:

“Əgər işıqfor işləyirsə, “STOP”, “Yol ver”, “Baş yol”, eləcə də baş yolun istiqamətini göstərən nişanlar qüvvədə olmur. Bu zaman hərəkəti yalnız işıqforun işıqları tənzimləyir. Təəssüf ki, bir çox sürücülər bunu bilmir.”

Məşqçi bildirir ki, “STOP” nişanının həmin ərazilərdə yerləşdirilməsinin səbəbi svetoforun sıradan çıxa biləcəyi hallarla bağlıdır:

“Svetofor xarab olduqda, tam işləmədikdə və ya sarı yanıb-sönən rejimə keçdikdə, artıq sürücü “STOP” nişanına əməl etməlidir. Bu halda soldan və sağdan gələn nəqliyyat vasitələrinə yol verildikdən sonra hərəkətə davam etmək lazımdır.”

Aqil Rəhimov sürücülərin tez-tez səhv saldığı digər bir məqama da toxunub. Onun sözlərinə görə, “Məcburi hərəkət istiqaməti” nişanının təsir dairəsi yolun ortasında yerləşən baryerə (bordürə) qədər qüvvədə olur:

“Əgər yolayrıcında məcburi hərəkət istiqaməti nişanı varsa, lakin yolun ortasında baryer mövcuddursa, həmin nişan yalnız baryerə qədər keçərlidir. Baryerdən sonra sürücü sola dönə bilər. Bu detal da çox vaxt diqqətdən qaçırılır.”

Məşqçi vurğulayıb ki, bu cür incə, lakin vacib qaydaların bilməməsi yol-nəqliyyat hadisələrinə səbəb ola bilər və sürücülər daim nişanların qüvvə dairəsinə diqqət yetirməlidirlər.

Eltac Zülfüqaroğlu

Oxunub 320

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
avtosfer.az

1Mənbələr