AZ

200 min təzminat, 200 min rüsum – Almeyda “Neftçi”də 

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib. Paytaxt klubu Kiprin “Etnikos” komandasında çıxış edən Breno Almeydanın transferini həll edib.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı braziliyalı vinger artıq 3 gündür “Neftçi”nin bazasındadır. Tibbi baxışdan uğurla keçən Almeyda üçün qarşı tərəfə 100 min avro (201 min manat) transfer haqqı ödənilib.

Kipr mətbuatı bu məbləğin “Etnikos” tarixində oyunçu satışından əldə edilən 3-cü ən yüksək gəlir olduğunu yazır.

Breno Almeydanın 20-ci turda keçiriləcək “Kəpəz”lə oyunadək Peşəkar Futbol Liqasına sifariş edilməsi planlaşdırılır. Onun matçda iştirak edib-etməyəcəyi futbolçunun hazırkı durumuna əsasən baş məşqçinin qərarından asılı olacaq.

Qeyd edək ki, Almeyda “Neftçi”nin bu mövsüm sifariş etdiyi 17-ci legioner olacaq. Klub futbolçu üçün PFL-ə 200 min manat rüsum ödəyəcək və bununla da legioner sifarişi limiti tam dolacaq.

Xatırladaq ki, Breno Almeyda son mövsüm çıxış etdiyi klubda 13 oyunda 3 qol və 4 assistlə yadda qalıb.

Seçilən
29
idmanxeber.az

1Mənbələr