AZ

Ermənistanda məhkəmə müxalif deputatın daşınmaz əmlakı və 700 min dollarını müsadirə edə bilər » AzadMedia.az


Ermənistanda Antikorrupsiya Məhkəməsi "Daşnaksütyun" partiyasının ali orqanının nümayəndəsi, müxalifətdəki "Ermənistan" fraksiyasından olan deputat İşxan Saqatelyanın mənbyi bilinməyən əmlaklarını və 700 min dollar məbləğində pul vəsaitini müsadirə edə bilər.

Bu barədə Ermənistan KİV-ləri nəzarət qurumuna istinadən məlumat yayıb.

Məhkəmə Baş Prokurorluğun müvafiq iddiasını icraata qəbul edib.

Məlumatda qeyd olunub, 5 daşınmaz əmlak obyekti, nəqliyyat vasitələri, 3 hüquqi şəxsdəki paylar və 700 min dollar müsadirə edilməlidir.
Seçilən
38
2
azadmedia.az

3Mənbələr