AZ

Ermənistan ABŞ la müqavilə bağladı Moskva qəzəbləndi

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva Ermənistan üçün Rusiya atom elektrik stansiyasına real alternativ olmadığını bildirib.

Modern.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanda yeni atom elektrik stansiyası blokunun tikintisi ilə bağlı Rusiyanın təkliflərinə "real alternativlər" olmadığını bildirdi.

"Biz Ermənistan tərəfinə ətraflı təkliflər paketi təqdim etdik. Rosatom layihənin həyata keçirilməsinə ən qısa müddətdə başlamağa hazırdır... Etibarlı, sübut olunmuş texnologiyalar və ya cəlbedici maliyyə parametrləri baxımından real alternativlər yoxdur", - deyə diplomat qeyd etdi.

Onun sözlərinə görə, Moskva Ermənistanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış etməyə davam etmək niyyətindədir. "Almaniya da daxil olmaqla, bəzi Avropa ölkələrinin təcrübəsi göstərir ki, nüvə enerjisindən imtina milli iqtisadiyyat üçün baha başa gələ bilər", - deyə Qaluzin əlavə etdi.

O, həmçinin hər iki ölkənin mütəxəssislərinin eyni "Sovet məktəbindən" gəldiyini və stansiyanın 2036-cı ilə qədər sabit işləməsini təmin etmək üçün işlərin davam etdiyini vurğuladı.

Xatırladaq ki, ötən gün Ermənistan və ABŞ arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
modern.az

1Mənbələr