BAKI, 10 fevral. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik bildirib ki, Bakıda ABŞ və Azərbaycan nümayəndələrinin müdafiə və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.