AZ

İran rejimini ancaq bu yolla devirmək olar Rza Pəhləvi

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bu mərhələdə tarazlığı yalnız hərbi müdaxilə təmin edə bilər, buna görə də İran xalqı Prezident Trampın edəcəyini vəd etdiyi addımı atmasını səbirsizliklə gözləyir və onun “yardım gələcək, səbir edin” sözlərinə ümid bağlayır. Onlar səbir edirlər və prezidentin verdiyi vədə sadiq qalacağına ümid edirlər”.

Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi deyib.

O bildirib ki, Donald Tramp həmişə Barak Obama kimi olmadığını göstərib:

“Tramp dediklərini edən insandır, sülh tərəfdarıdır, sonda İran xalqına kömək edəcək ki, təkcə İranı viran qoyan yox, həm də ilk gündən xaos, qeyri-sabitlik və ABŞ-yə düşmənçiliyin mənbəyi olmuş rejimdən xilas olsunlar”.

Pəhləvi ABŞ-nin bölgədə misli görünməmiş miqyasda hərbi qüvvə yerləşdirməsinə toxunaraq qeyd edib ki, bu yerləşdirmə sadə təlim deyil, dünya müharibəsi istisna olmaqla, indiyədək baş verənlərdən qat-qat geniş və əhatəlidir, bu, ciddi kampaniyadır:

“Amerikalılar bilməlidirlər ki, bölgədəki qeyri-sabitliyin əsas kökü bu rejimdir. O, ABŞ və müttəfiqlərinin ən böyük düşmənidir. Rejim bir xalqın - İsrailin məhv edilməsini tələb etdiyi halda, İran xalqı dəfələrlə sübut edib ki, qonşularına qarşı düşmən münasibəti yoxdur və Amerikanın müttəfiqidir. İranlılar İsrailin də dostudur”.

Keçmiş şahzadə əlavə edib ki, İrandakı mövcud rejim devrilməklə regionda sabitlik təmin ediləcək və ABŞ-nin bölgədə uzunmüddətli hərbi mövcudluğuna ehtiyac qalmayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
sherg.az

2Mənbələr