AZ

İrəvanda ABŞ vitse prezidentinin ayağı altına sərilmiş xalça Britaniya mediasının diqqətini cəlb etdi... FOTO

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-ın vitse-prezidenti C.D. Vensin şərəfinə İrəvan hava limanında sərilmiş xalça internetdə dərc olunmuş qısa bir məqalədə bu barədə yazan  Böyük Britaniyanın "The Guardian" nəşrinin müxbiri Yakub Krupanı heyran edib.

Moderator.az xəbər verir ki, bu haqda news.am  nəşri məlumat yayıb.

"Xüsusi qeyd etmək istəyirəm: Vens Ermənistan hava limanına çatdıqdan dərhal sonra onun üçün sərilmiş bu heyrətamiz xalçaya baxa bilərsinizmi? Təəssüf ki, bütün tarixçəni bilmirəm (bilirsinizsə, paylaşın), amma... sadəcə bu gözəlliyə baxın", - deyə o yazıb.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti C.D. Vens fevralın 9-da rəsmi səfərlə İrəvana gəlib. O, Ermənistan baş naziri N.Paşinyan və digər rəhbər şəxslərlə görüşüb. Zəngəzur yolu- "TRİPP" layihəsi ilə bağlı müzakirələr aparıb, Ermənistanla bir sıra sahələrdə əməkdaşlıqla bağlı sazişlər imzalayıb. Vens, qarşıdakı parlament seçkilərində N.Paşinyana dəstək verəcəklərini demək olar ki, açıq şəkildə ifadə edib.  

Gecə saatlarında İrəvandan ayrılan yüksək çinli ABŞ rəsmisi bu gün - fevralın 10-da Bakıda Azərbaycan rəhbərliyi ilə görüşlər keçirçməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
moderator.az

2Mənbələr