Vensin bakı səfərində “907-ci” ləğv oluna bilərmi?
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin səfəri hazırda təkcə Azərbaycan və Ermənistanın siyasi diskursunda deyil, eyni zamanda bütün region ölkələrində də ciddi müzakirə edilməkdədir. Çünki hər kəs yaxşı dərk edir ki, ilk dəfə Ağ Evin bu cür yüksək ranqlı diplomatının səfəri indiki qeyri-sabit dövrünü yaşayan bölgədə dərin geosiyasi izlər buraxa bilər. Odur ki, səfər təkcə Bakı–Vaşinqton münasibətlərinə deyil, həm də Güney Qafqazdakı təhlükəsizlik arxitekturasına da əhəmiyyətli təsir göstərmək gücündədir. Öncə ondan başlayaq ki, Vensin səfərini heç şübhəszi ki, Vaşinqtonun regiona siyasi önəminin daha bir siqnalı, Azərbaycan və Ermənistanla 2025-ci ilin avqustundakı yüksək səviyyəli Vaşinqton təmaslarının ardı və Ağ Ev səviyyəsində dialoqun yeni bir raundu da hesab etmək olar. İndiyə kimi bölgəyə okeanın o tayından çox emissarlar gəlib, amma onların heç biri ikitərəfli münasibətləri indiki kimi daha praktik əməkdaşlığa çevirmək üçün zəmin yarada bilməyib.
Azərbaycan üçün əsas gözləntilər
Hansı konkret nəticələr gözləmək olar?