Misli Premyer Liqasında XIX tura bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, "Qarabağ" bu turda Şamaxıya yollanıb.
Bu komandalar 5 gün əvvəl Azərbaycan Kubokunda da üz-üzə gəlmişdi.
"Şamaxı" o görüşdə güclü rəqibini məğlub etməyi bacarmışdı - 2:1.
Budəfəki oyun "Qarabağ" üçün daha böyük önəm kəsb edir.
Ağdam təmsilçisi hazırda lider "Sabah"dan 7 xal geridədir.
"Şamaxı" isə 23 xalla 8-ci yerdədir.
Misli Premyer Liqası, XIX tur
10 fevral (çərşənbə axşamı)
14:30. "Şamaxı" – "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Şamaxı şəhər stadionu