AZ

Şamaxı Qarabağ ı qonaq edir

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 19-cu tur başa çatacaq. Sport24.az xəbər verir ki, qarşılamalardan biri bölgədə, digəri isə Bakıda keçiriləcək.

Günün ilk görüşü Şamaxıda olacaq. Bölgənin eyni adlı təmsilçisi "Qarabağ"ı qəbul edir. Bu komandalar arasında ötən həftə baş tutan kubok qarşılaşması "şirlər"in qələbəsi ilə yekunlaşıb. Maraqlıdır, Ayxan Abbasovun yetirmələri bu gün də eyni qəhrəmanlığı təkrarlaya biləcək? Ağdamlılar səfərdə oynasa da görüşün favoritidir. Qurban Qurbanovun komandası çempionluq uğrunda "Sabah"la gərgin rəqabət aparır. "Bayquşlar" srağagün aktivinə növbəti 3 xalı yazdırdığından "köhlən atlar" bu matçda yalnız qələbə qane dir. Əks halda Masazır klubu ilə xal fərqi bir qədər də artacaq. Hazırda "Sabah" 46 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Qarabağ"ın isə liderdən 7 xal geri qalır. 

Qeyd edək ki, oyunun start fiti saat 14:30-da səslənəcək.

Misli Premyer Liqası

II dövrə, XIX tur

14:30. "Şamaxı" - "Qarabağ"

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan QuliyevVAR: Kamranbəy RəhimovAVAR: Eyyub İbrahimovHakim-inspektor: Munis AbdullayevAFFA nümayəndəsi: Yavər RəhimovŞamaxı. Şəhər stadionu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
sport24.az

1Mənbələr