AZ

Soyuq havada çölə çıxmazdan əvvəl hansı qidaları qəbul etmək lazımdır?

"Soyuq havada çölə çıxmazdan əvvəl düzgün səhər yeməyi bədəninizin isti qalmasına və enerji səviyyənizin qorunmasına kömək edəcək".

Publika.az xəbər verir ki, bunu rusiyalı diyetoloq Nadejda Litvinova-Qrazion Gazeta.ru-ya açıqlamasında bildirib.

O qeyd edib ki, zülallar enerjini bərpa etməyə və saxlamağa kömək edir. Bu qidalara yumurta, süd məhsulları, yağsız ət və balıq daxildir. Yağlar uzunmüddətli enerji təmin edir və həmçinin istilik izolyatoru rolunu oynayır. Nümunələrə qoz-fındıq, avokado və zeytun yağı daxildir.

Diyetoloq, həmçinin bildirib ki, pəhriziə çörək və paxlalı bitkilər əlavə etmək də faydalıdır:

"Bunların tərkibində mürəkkəb karbohidratlar var ki, bu da soyuq havada isinməyə və enerjinizi qorumağa kömək edir".

Seçilən
20
1
publika.az

2Mənbələr