AZ

Hindistan sakini naməlum yırtıcının qurbanı oldu

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hindistanda meşə zolağında üzərində zorakı ölüm əlamətləri olan qadının cəsədi tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.

Məlumata görə, meşəyə gedən 60 yaşlı qadın axşam evinə qayıtmayıb. Axtarış əməliyyatı zamanı onun cəsədi evindən təxminən üç kilometr aralıda aşkar edilib.

Mərhumun bədənindəki dərin yaralar onun vəhşi heyvanların hücumuna məruz qaldığını göstərir. Lakin mütəxəssislər qadının pələng, yoxsa bəbir tərəfindən parçalandığını müəyyən edə bilməyiblər.

Qeyd olunur ki, bu, son iki ayda bölgədə vəhşi heyvanların insanlara qarşı dördüncü hücumudur.

Yerli sakinlər yırtıcıların ola biləcəyi ərazilərdə patrul xidmətini artırmağı və əraziyə tələ qurmağı xahiş ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
2
oxu.az

3Mənbələr