AZ

Britaniyanın dövlət mülki qulluğunun rəhbəri Starmerlə fikir ayrılıqları səbəbindən istefa verə bilər

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Böyük Britaniyanın dövlət mülki qulluğunun rəhbəri və nazirlər kabinetinin katibi Kris Uormold Baş nazir Kir Starmerlə fikir ayrılıqları səbəbindən vəzifəsini tərk edə bilər.APA xəbər verir ki, bu barədə "The Guardian" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, hazırda Uormold və Starmerin ətrafı dövlət qulluğunun rəhbərinin istefasının şərtləri ilə bağlı danışıqlar aparır.Bildirilir ki, 2024-cü ilin dekabrında bu vəzifəyə təyin olunan Uormolda Britaniya parlamentinin yuxarı palatası olan Lordlar Palatasında yer təklif oluna bilər.

Qəzetin yazdığına görə, Kir Starmer Uormoldun dövlət qulluğunda genişmiqyaslı islahat aparmaq istəməməsindən narazı qalıb və bu da tərəflər arasında fikir ayrılıqlarına səbəb olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
apa.az

2Mənbələr