Bakı. Trend:
Cənubi Koreyanın Kyonsan-Pukto əyalətinin Kyonsan şəhərində neftanbarında partlayış nəticəsində yanğın baş verib.
Trend xəbər verirki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Hazırda hadisənəticəsində itkilər barədə məlumat yoxdur.
Məlumata görə, hadisə yerli vaxtla səhər saat 08:00 radələrindəneft kəməri korporasiyasına məxsus obyektdə qeydə alınıb.Bildirilib ki, çənin yuxarı hissəsində baş verən partlayışdan sonraalov yaranıb, lakin yanğın qısa müddətdə söndürülüb. Hazırdaərazidə yalnız tüstünün müşahidə edildiyi qeyd olunur.