AZ

Bu ölkədə hakimi qaçırıb kriptovalyuta ilə fidyə istədilər

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fransada bir hakimin və onun anasının kriptovalyuta ilə fidyə tələb edən dəstə tərəfindən qaçırılması ilə bağlı aparılan istintaq çərçivəsində altı nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Lion Dövlət Prokurorluğu 7-8 fevral tarixlərində hadisə ilə əlaqədar dörd kişi, bir qadın və bir azyaşlının həbs edildiyini açıqlayıb.

Hadisə Fransanın cənub-şərqində yerləşən Drom əyalətində baş verib. Məlumata görə, naməlum şəxslər fransız hakimi və onun anasını qaçıraraq, hakimin həyat yoldaşından fidyə kimi kriptovalyuta tələb ediblər.

Təxminən 200 polis əməkdaşının cəlb olunduğu genişmiqyaslı axtarış əməliyyatından sonra qaçırılanlar fevralın 6-da Burq-le-Valens şəhərindəki qatar stansiyasında yaralı vəziyyətdə tapılıb. Bundan sonra şübhəlilərin müəyyən edilərək, saxlanılması istiqamətində əməliyyatlar intensivləşdirilib.

Prokurorluq hadisə ilə bağlı istintaqın genişləndirildiyini, xüsusilə kriptovalyuta vasitəsilə maliyyə əməliyyatları aparan varlı şəxsləri hədəf alan adam oğurluğu və şantaj cəhdlərinin də araşdırıldığını bildirib. İstintaq davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
qafqazinfo.az

1Mənbələr