AZ

Epşteyn işində sensasion fakt ölümündən bir gün əvvəl ölüm kağızı tərtib olunub

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Epşteynin iş sənədlərində onun ölümündən bir gün əvvəl yazılmış ölüm bildirişinin qaralama versiyası tapılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, dərc olunmuş iş materialları arasında Nyu-Yorkun Cənub Dairəsi üzrə ABŞ prokuroru Ceffri Bermanın rəsmi açıqlamasının qaralama versiyası da olub. Sənəd 9 avqust 2019-cu il, cümə günü tarixlidir. Lakin maliyyəçinin cəsədi həbsxana kamerasında yalnız ertəsi gün - 10 avqust şənbə günü tapılıb.

Qaralamada deyilir: "Bu səhər Manhetten İslah Mərkəzi ofisimiz tərəfindən yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə məşğul olmaqda ittiham olunan Ceffri Epşteynin kamerasında huşsuz vəziyyətdə tapıldığını və qısa müddət sonra öldüyü elan edildiyini təsdiqlədi".

Bu fakt Epşteynin öz əcəli ilə ölmədiyinə, qəsdən öldürüldüyünə dair şübhələri artırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
sherg.az

1Mənbələr