Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İndoneziya yaxın vaxtlarda Qəzza zolağına ərazidə yaradılması nəzərdə tutulan sabitləşdirici qüvvələrin tərkibində iştirak üçün öz hərbçilərini göndərə bilər.APA xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, indoneziyalı hərbçilərin anklava gəliş tarixləri hələ müəyyənləşdirilməyib.Onların Qəzzanın cənubunda, Rəfah və Xan-Yunis şəhərləri arasındakı ərazidə yerləşdirilməsi planlaşdırılır.Məlumata əsasən, həmin ərazidə hərbçilərin qəbulu üçün hazırlıq işləri aparılır və yaşayış obyektlərinin inşası bir neçə həftə çəkəcək.
İndoneziya kontingentinin dəqiq sayı açıqlanmayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.